Yeni növ koronavirus- COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınmasının ən başlıca yollarından biri xəstəliyin erkən müəyyən olunması və xəstəliyə yoluxmuş şəxslərin izolyasiya edilməsidir. CRT Covid-19 Rapid Test Covid-19 xəstəliyinin müəyyən olunmasında istifadə olunur. CRT Covid-19 Rapid Test 15 dəqiqə kimi qısa bir müddət ərzində Covid-19-a yoluxub-yoluxmadığınız barədə test nəticəsi verməyə qadirdir. Koronavirusa qarşı test olunmanın kifayət qədər aktuallaşdığı bugünlərdə klinikalarda test üçün növbə gözləmədən, ev şəraitində sadəcə 15 dəqiqə ərzində CRT Covid-19 Rapid Test ilə Covid-19-a yoluxub-yoluxmadığınız barədə məlumat əldə edə bilərsiniz.

CRT-nin faydaları

- daha sürətlidir

- sərfəlidir

- erkən müəyyən etmə

- asan əlçatanlıq

Covid-19 Rapid Test-dən istifadə qaydası çox asandır:


Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.

Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir.

Koronavirus xəstəliyi yeni növ koronavirusun (SARS- Cov-2) səbəb olduğu infeksion bir xəstəlikdir. Xəstəliyin inkubasiya müddəti keçicidir və 1-14 gün (əsasən 3-7) arasında dəyişir. Nəfəs damcıları və təmas əsas keçici yollardır. Xəstəliyin ilk əlamətləri yavaş yavaş və getdikcə artan qızdırma, yorğunluq və öskürəkdir. Xəstələrin çoxunda yaxşı proqnoz vardır. Şiddətli halların bəzilərində nəfəsalma problemi sendromu və ya septik, hətta ölüm ola bilər. 18 yanvar 2021-ci tarix üçün dünyada 96 milyondan, ölkəmizdə isə 227 mindən çox yeni növ koronavirus- Covid-19-a yoluxma halı qeydə alınmışdır.

Aşağıdakı simptomlar virusa yoluxduqdan sonra 2-14 gün ərzində üzə çıxa bilər.


Covid-19 infeksiyasından sonra bir neçə gün inkubasiya müddəti vardır. İgM antitelləri inkubasiya müddətindən qısa bir müddət sonra təsbit edilə bilər və qısa bir müddət də qala bilər. Qan nümunələrində İGM pozitiv kəskin infeksiya mənası verir. İgG antitelləri bir neçə günlük inkubasiya müddətindən sonra ortaya çıxır və uzun müddət qalır.

Doğruluq

Doğrulanmış xəstələrdən ümumi 74 nümunə test verilib, nəticələr 65 nümunənin İgM və/və ya İgG pozitiv olduğunu və klinik həssaslığın 87.8% olduğunu göstərdi. Sağlam şəxslərdən ümumilikdə 305 nümunə test edildi, nəticələr 302 nümunənin həm İgM, həm də İgG neqativ, 1 nümunənin İgM pozitiv, 2 nümunənin İgG pozitiv olduğunu və klinik spesifikliyin 99% olduğunu göstərdi. Doğruluq 96.8% idi.

Keyfiyyət

CRT Covid-19 Rapid Test yüksək keyfiyyətə malikdir və Türkiyə istehsalıdır. NAR Trade şirkətinin təqdim etdiyi CRT Covid-19 Rapid Test CE və İSO sertifikatlarına malikdir.

Siz də özünüz və ətrafınızdakıları düşünərək koronavirusa yoluxma şübhəniz olduğu halda, CRT Covid-19 Rapid Test vasitəsilə dərhal özünüzü test edə, 15 dəqiqə ərzində nəticə əldə edib, nəticəniz pozitiv olarsa özünüzü ətrafdan izolyasiya edərək TƏBİB-ə müraciət edə bilərsiniz.