Kaspersky-nin məlumatına görə, 2020-ci ilin ilk altı ayında Azərbaycanda demək olar ki, ev istifadəçilərinin 41%-i və korporativ istifadəçilərin 30% -i lokal adlandırıla biləcək, yəni cihazlara birbaşa şəbəkədən yox, müxtəlif portativ daşıyıcılardan, məsələn USB flaş kart və ya yaddaş kartlarından düşən təhdidlərlə üzləşib.

2019-cu ilin ilk yarısı ilə müqayisədə bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin payı iki dəfə artıb.Bu cür zərərli proqramlar kiber cinayətkarlara bank kartı və tətbiq məlumatlarını toplamağa imkan verir. Bəzən bu cür troyanların funskionallığına təsdiq kodları ilə SMS-ləri tutmaq imkanı da daxil edilir. Statistik məlumatlara görə, Azərbaycanda mobil qurğulara zərərli və reklam proqramları tərəfindən hücumlar qonşu ölkələrə nisbətən daha tez-tez baş verib. İlin ilk altı ayında istifadəçilərin 3% -i bu növ hücumlara məruz qalıb.

Yanvar-iyun aylarında Kaspersky həlləri Azərbaycanda fişinq səhifələrinə keçidə səbəb ola biləcək 236.000 cəhdin qarşısını alıb. Bu, qismən bununla izah edilə bilər ki, fişerlər öz taktikalarını hazırkı xəbər gündəliyinə uyğunlaşdırırlar və koronavirus mövzusundan öz məqsədləri üçün istifadə edirlər. 2020-ci ildə Azərbaycandakı istifadəçilərin skam-səhifələrə keçid cəhdlərinin sayı 87 mini ötüb. "Fırıldaqçıların özlərinin skama marağı artmaqdadır. Səbəblərdən biri odur ki, skam-resurs yaratmaq üçün onlardan heç bir xüsusi bacarıq tələb olunmur, əsas olan inandırıcı hiylə düşünməkdir.

2020-ci ildə "Kaspersky" uzaqdan işləməyin təşkili üçün nəzərdə tutulan RDP (Remote Desktop Protocol) protokolu üzərindən edilən hücumlarda əhəmiyyətli bir artım olduğunu qeyd edib. Sputnik Azərbaycan xəbər verir ki, şirkətin "Uzaqdan iş - ilin hekayəsi" hesabatına görə, yanvar-noyabr ayları arasında Azərbaycanda 2,2 milyon belə hücum qeydə alınıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

• İl ərzində dünya üzrə istifadəçi kompüterlərinin 10,18% -i ən azı bir zərərli proqram növü (Malware) hücumuna məruz qaldı.

• Kaspersky həlləri dünyanın müxtəlif ölkələrində onlayn qaynaqlardan başlanan 666.809.967 hücumu blokladı.

• 173.335.902 unikal URL, Web Anti-Virus tərəfindən zərərli hesab edildi.

• Kasperski Veb Anti-Virusu 33.412.568 unikal zərərli obyekti blokladı.

• Ransomware (fidyə) hücumları 549.301 unikal istifadəçinin kompüterlərində məğlub oldu.

• Hesabat dövründə miner-lər 1.523.148 unikal istifadəçiyə hücum etdi.

• Bank hesablarına onlayn giriş yolu ilə pul oğurlamaq üçün hazırlanmış zərərli proqramlar tərəfindən yoluxma cəhdləri 668.619 istifadəçinin cihazlarında qeyd edildi.

• 2020-ci ilin yanvarından iyun ayınadək hər ay üçün təhsil onlayn mənbələrini təsir edən DDoS hücumlarının sayı 2019-cu ilin müvafiq ayına nisbətən ən az 350% artdı.

Vssmonitoring.com-un məlumatına görə son 5 il üçün fidyə hücumları təsirlərinin infoqrafikası aşağıdakı kimidir:


"Kaspersky" uzaqdan girişlə əlaqəli infrastruktura (o cümlədən, müştərək iş üçün müxtəlif xidmətlərə) hücumların tezliklə dayandırılması üçün hər hansı bir ön şərt görmür. Buna görə də, əgər bir şirkət işində RDP istifadə edirsə, aşağıdakıları qorumaq üçün tədbirlər görmək lazımdır:

• tapılması çətin olan parollardan istifadə etmək və onları mütəmadi olaraq dəyişmək;

• RDP-ni yalnız korporativ VPN vasitəsilə aktivləşdirmək;

• mümkünsə, iki faktorlu identifikasiya təmin etmək;

• şəbəkə təhdidlərindən qorunma funksiyasına malik etibarlı bir həll istifadə etmək, məsələn: Kaspersky Endpoint Security Advanced.

Kaspersky aşağıdakı kiber təhlükəsizlik tədbirlərini görməyi də təşkilatlara tövsiyə edir:

• İT və ya kiber təhlükəsizlik problemi yarandığı zaman işçilərin kiminlə əlaqə quracağını bildiyindən əmin olsun. Şəxsi cihazlarla işləmək məcburiyyətində qalanlara xüsusi diqqət yetirin: onların xüsusi təhlükəsizlik tövsiyələrinə və müvafiq qaydalara ehtiyacı var;

• Rəqəmsal savadlılıqlarını artırmaq üçün işçilərə təlimlər keçin. Bu, onlara hesabları və şifrələri idarə etməyi, e-poçtdan və son cihazlardan etibarlı istifadə etməyi öyrədəcək;

• Şifrə təyin etmək, iş cihazlarını şifrələmək və məlumatların ehtiyat nüsxəsini yaratmaq da daxil olmaqla, korporativ məlumatları və cihazları qorumaq üçün vacib tədbirlər görün;

• cihazların, proqramların, tətbiqlərin və xidmətlərin mütəmadi olaraq yeniləndiyindən əmin olun;

• mobil cihazlar daxil olmaqla, bütün son cihazlarda Kaspersky Endpoint Security Cloud kimi yoxlanılmış təhlükəsizlik proqramı quraşdırın. Bu, yalnız təsdiqlənmiş onlayn xidmətlərin iş məqsədləri üçün istifadə olunmasını təmin edəcək.

Ümumilikdə kiber hücum trendlərini aşağıdakı kimi qruplara bölə bilərik: