NAR Trade-in təqdim etdiyi ozon dezinfeksiya cihazları laboratoriya analizlərindən mükəmməl nəticələr əldə etdi!

“OPTOMED” Ölçüm Kalibrasyon Elek. Tıbbi Sist. San. ve Tic. LTD ŞTİ apardığı analizlər nəticəsinə görə NAR Trade şirkətinin təqdim etdiyi ozon cihazlarına Kalibrasyon Sertifikatı (Calibration Certificate) vermişdir. Bundan başqa, Gebze Texniki Üniversiteti Ətraf Mühit Mühəndisliyi Bölümü Biootexnoloji Laboratoriyası NAR Trade MMC-nin təqdim etdiyi ozon əl dezinfeksiya cihazının bakteriya və virus öldürmə gücünün laboratoriya mühitində test etmişdir. Testin nəticələrinə görə, cihazın bakteriya öldürmə gücü 5 saniyədə 84,6 %, 10 saniyədə 98,9%, 15 saniyədə isə 99,25 % olaraq təsbit edilmişdir. Cihazın virus öldürmə gücü isə 5 saniyədə 95,11 %, 10 saniyədə 97,95 %, 15 saniyədə isə 99,7 olaraq ölçülmüşdür.

Son olaraq, Gebze Texniki Üniversiteti Ətraf Mühit Mühəndisliyi Bölümü Biootexnoloji Laboratoriyası NAR Trade MMC-nin təqdim etdiyi Ozon generatoru (Polix-OUV1) cihazının bakteriya, virus və funqus öldürmə gücünün laboratoriya mühitində test etmişdir. Testin nəticələrinə görə, test edilən ozon generatoru virusları testə tutulan bütün müddətlərdə (3, 5 və 10 dəq) 100% həcmində öldürmüşdür. Qram neqativ bir bakteriya olan E.coli, qram neqativ bakteriya olan P. aeruginosa, qram pozitiv bakteriya olan B. subtilis və bir göbələk olan (funqus) Saccharomyces cerevisiae üzərindəki 10 dəqiqəlik təsiri nəticəsində sadalanan hər birini 99% üzəri nəticə ilə məhv etmişdir.